Tovuzda iki avtomobil toqquşdu - Xəsarət alan var - FOTO

19 Aprel 2019 23:18 (UTC+04:00)

Tovuzda xəsarətlə nəticələnən yol məqliyyat hadisəsi baş verib.

Heydər Əliyev prospekti ilə hərəkət edən “Mercedes” və “VAZ-21011” markalı avtomobillər toqquşub.

Nəticədə Aşağı Quşçu kənd sakini, 1958-ci il təvəllüdlü Bağırov Fəxrəddin Əşrəf oğlu xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən yaralıya tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

AzNews.az