Sabah Poroşenkonun prezident taleyinə aydınlıq gələcək

20 Aprel 2019 08:58 (UTC+04:00)

Ukraynada keçiriləcək prezident seçkiləri ikinci turu ilə bağlı olaraq bu gün ölkədə sükut günüdür.

Ukraynanın seçki qanunvericiliyinə görə, səsvermə gününün sonuncu günü hər hansı seçki təşviqatı, namizədlərin təbliğatı, reklamlar, KİV-lərdə açıqlamalar qadağan olunur.

Xatırladaq ki, Ukraynada prezident seçkilərinin birinci turu - martın 31-də keçirilib. Ukrayna Mərkəzi Seçki Komissiyası 44 nəfəri prezidentliyə namizəd olaraq qeydə alıb. 5 nəfər sonradan namizədliyini geri götürüb. MSK-nın seçki bülletenində 39 namizədin adı qeyd olunub. Səsvermənin nəticəsi olaraq Vladimir Zelenski və Petro Poroşenko ikinci tura keçib. Aprelin 21-də hər iki namizəd Ukraynanın yeni prezidentliyi uğrunda mübarizə aparacaq. (AZƏRTAC)