Qubaya qar yağdı

20 Aprel 2019 09:04 (UTC+04:00)

Quba rayonuna qar yağıb, çiçək açmış ağaclara zərər dəyib.

Gecə saatlarında Quba və şimal zonasının digər rayonlarına qar yağmağa başlayıb.

Qar meyvə ağaclarına zərər vurub. Ağacların çiçəkləri yağıntının və şaxtanın təsirindən donub.

Hazırda qarın yağıntısı davam edir. (Report)