ABŞ-da tufan - 5 nəfər öldü

20 Aprel 2019 09:39 (UTC+04:00)

Tufan ABŞ-ın cənub ştatları ərazisində beş nəfərin həlak olmasınasəbəb olub.

TASS-a istinadən xəbər verilir ki, bu barədə "Associated Press" (AP) agentliyi bildirib.

Daha əvvəl CNN televiziya şirkəti üç nəfərin həlak olduğunu bildirib. Qeyd edilir ki, toplam olaraq üç nəfər Missisipidə həlak olub. Bir nəfər Alabamada, daha bir nəfər isə Floridada təbii hadisənin qurbanı olub.

Təbii hadisə əvvəlcə üç ştatda tüğyan edib - Florida, Alabama və Corciyada. Ancaq AP bildirib ki, Missisipi, Cənubi və Şimali Karolina, habelə Virciniyanın bəzi ərazilərində də həmçinin qasırğa gözlənilir. (Report)