Təbrizdə futbol matçından sonra qarşıdurma yarandı - 59 yaralı var

20 Aprel 2019 09:56 (UTC+04:00)

Təbrizin "Traktorsazi" futbol komandasının "Peykan" komandasına uduzmasının ardınca fanatlar arasında qarşıdurma baş verib.

Olaylar nəticəsində 59 nəfər yaralanıb.

Komanda tərəfdarlarını sakitləşdirmək üçün müdaxilə edən təhlükəsizlik qüvvələrinə də hücum olub, bir neçə polis və təcili tibbi yardım əməkdaşları da yaralanıb.

Məlumata görə, azarkeşləri dağıtmaq üçün polis suşırnağından istifadə edib.

Oyunçuların təhlükəsizliyini təmin etmək məqsədilə onlar 3 saata yaxın geyim dəyişmə otağında saxlanılıb.

Jurnalistlərin də stadionun mətbuat bölümündən çıxmasına icazə verilməyib.

Məlumata görə, "Traktorsazi" komandasının uduzmasına görə azarkeşlərdən bir neçə nəfərin də infakt keçirdiyi bildirilir.

Fanatlardan bir neçə nəfərin saxlanıldığı söylənilir. (ONA)