Ayaq qoxunuzdan bu sadə üsullarla xilas ola bilərsiniz

20 Aprel 2019 11:43 (UTC+04:00)

Dəridə meydana gələn qoxu bakteriyaların birləşməsi nəticəsində yaranır. Bu bakteriyaların meydana gəlməsinə maneə törətmək üçün ayaqlarınızı daim havalandırmanız lazımdır. Bəzən yalnız ventilyasiya etmək kifayət deyil.

AzNews.az bildirir ki, siz evdə hazırlaya və istifadə edə biləcəyiniz bəzi təbii qarışıqlar ilə bu problemlə vidalaşa bilərsiniz.

Qabartma tozu

1 litr suya 1 yemək qaşığı soda əlavə edin. Yatmadan əvvəl bu qarışıqda 20 dəqiqə ayaqlarınızı saxlayın. Bunu müntəzəm olaraq etdiyiniz zaman ayağınızın qoxusundan azad olacaqsınız.

Qara çay

Yarım vedrə suya 2 stəkan çay əlavə edin. Hər gün suyun içində ayaqlarınızı 10-15 dəqiqə saxlayın. Proseduru 10 gün müddətində təkrarlayın. Qara çay ayaq qoxusuna səbəb olan bakteriyaların öldürülməsinin ən təsirli üsullarından biridir.

Sirkəli su

Bir vedrəyə 8 fincan su boşaldın. İçərisinə iki qaşıq sirkə əlavə edin. Hər gün 20 dəqiqə bu qarışıqda ayaqlarınızı saxlayın. Sirkə ayaq qoxusunu aradan qaldıracaq və bir müddət sonra ayaqlarınız tərləməyəcək.

Lavanta yağı

1 litr suya bir çay qaşığı lavanta əlavə edin. Ayağınızı 2 gün boyunca bu qarışıq ilə yuyun. Lavanta yağı həm də ayaqlarınızdakı göbələklərin müalicəsi üçün çox təsirli bir üsuldur.

Adaçayı

Ayaqlarınızı qoyacağınız suyun içərisinə bir neçə yarpaq adaçayı əlavə edin. Daha sonra ayaqlarınızı suyun içərisinə qoyun.

Səidə Vahid

AzNews.az