Bu cür mədəni insan necə qatilə çevrildi?
1978-1983 illəri arasında 12 nəfəri qətl edən Dennis Nilsenin ləqəbi də var idi. “The Kindly Killer” ləqəbi ilə tanınan Dennis digər qatillərdən fərqlənirdi. O qurbanları “humanist” üsullarla öldürürdü. Dennis insanların qanını axıtmadan iplə boğardu. İkinci bir üsul isə qurbanlarının başını suya soxub ölmələrini gözləməsi idi. Onun “kübar qatil” ləqəbini almasına səbəb isə heç kimin onun cinayət işləyə biləcək adam olduğuna inanmaması idi. Çünki Dennis qeyd etdiyimiz kimi normal uşaqlıq həyatı keçirmiş,yüksək təhsil almış mədəni bir insan idi.
O bir neçə dəfə qadınlarla münasibətdə olmağa cəhd etsə də, buna nail ola bilməmiş və homoseksual olduğu qənaətinə gəlmişdi. Bu da onun cinayət işləmək səbəbi olmağa başlamışdı. O bir neçə qadını və kişini evinə dəvət edərək öldürüb, daha sonra cəsədləri parçalayıb yandırmışdı.
Nilsen polislərə bütün bunlar gerçək sevgini axtardığı üçün etdiyini bildirmişdi. O, həbs ediləndən sonra 25 illik həbs həyatına məhkum olunsa da, sonradan bu cəza ömürlük məhkumluq ilə əvəz edilib. (Musavat.com)