Siyasətçinin aparıcı həyat yoldaşı hicabını açdı

20 Aprel 2019 13:40 (UTC+04:00)

Türkiyənin məşhur ralli sürücüsü və aparıcı Burcu Çetinkaya Bucak 6 il əvvəl keçdiyi hicabını açıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, hicaba keçdiyinin tarixçəsini açıqlayıb:

“Bu, insanla Allah arasında olan bir hisdir. Hicaba keçmədən əvvəl dörd dəfə ümrə ziyarətində oldum. Mənə deyirdilər ki, yenə içki içəcəksən. Amma dörd ildən çox idi ki, spirtli içki qəbul etmirdim”.

Siyasətçi Fatih Mehmet Bucakla evli olan aparıcı uşaqlarından daha çox həyat yoldaşını sevdiyini etiraf edib.

Rəqsanə

AzNews.az