Moskvada iki polis qrupu arasında dava oldu

20 Aprel 2019 18:00 (UTC+04:00)

“RİA Novosti” xəbər verir ki, bu barədə Moskva Şəhər Daxili İşlər İdarəsi məlumat yayıb.

Bildirilib ki, şəhərin Borisov Prud küçəsində iş saatını başa vurmuş mülki geyimli polislərlə xidməti vəzifəsini icra edən asayiş keşikçiləri arasında dava baş verib.

Aparılan araşdırmalardan sonra hadisə iştirakçıları ciddi nizam-intizam məsuliyyətinə cəlb olunacaqlar.(report.az)

AzNews.az