"Mançester Siti" yenidən liderliyə yüksəldi

20 Aprel 2019 18:57 (UTC+04:00)

Futbol üzrə İngiltərə Premyer-Liqasının 35-ci turunda "Mançester Siti" "Tottenhem Hotspur"u qəbul edib.

"Etihad — Siti of Mançester" stadionunda keçirilən görüş "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 5-ci dəqiqədə "Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden açıb.

Beləliklə, "Mançester Siti" İngiltərə çempionatında məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb.

"Mançester Siti" bu qələbə sayəsində xallarının sayını 86-ya çatdıraraq yenidən çempionatın birinci pilləsinə yüksəlib. "Liverpul" ikinci yerə yuvarlanıb. "Tottenhem Hotspur" 67 xalla 3-cüdür.

İngiltərə Premyer Liqası. 35-ci tur

"Mançester Siti" – "Tottenhem Hotspur" - 1:0

Qol: 1:0 – Foden – 5 (report)

AzNews.az