Fransada aksiya zamanı 122 etirazçı saxlanıldı

20 Aprel 2019 20:44 (UTC+04:00)

Fransanın paytaxtı Paris şəhərində "sarı jiletlilər"in bu gün keçirilən etiraz aksiyası zamanı axşama doğru 122 nəfər saxlanılıb. Onlardan 4-ü azyaşlı uşaqdır.

Bu saatlara qədər aparılan 17 min 567 yoxlama nəticəsində 189 aksiya iştirakçısı dindirilib və onlardan 122-si saxlanılıb.

Ötən şənbə "sarı jiletlilər"in 22-ci aksiyası zamanı paytaxtda gün ərzində keçirilən 9 min 473 yoxlama zaman cəmi 27 nəfər dindirilmişdi. (report)

AzNews.az