Qusarda 6 otaqlı ev yandı

20 Aprel 2019 21:13 (UTC+04:00)

Qusarda yanğın baş verib.

AzNews.az FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Piral kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaqlı evin 1 otağının tavanı 4 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az