Vəkillər Kollegiyası “Bu gün də təbiəti müdafiə edək” adlı ekoloji tədbir keçirdi

20 Aprel 2019 22:52 (UTC+04:00)

Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan vəkilliyinin 100 illiyi”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində ətraf mühitinin tullantılardan təmizlənməsi aksiyası keçirilib. Aksiya “Bu gün də təbiəti müdafiə edək” şüarı altında baş tutub.

Zağulba çimərliyində keçirilən aksiyada Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin, Vəkillərin İntizam və İxtisas Komissiyalarının üzvlərindən başqa Vəkillər Kollegiyasının 100-dən artıq üzvü, vəkil köməkçisi, vəkilliyə namizəd iştirak edib, onlar əlcəklər, tullantıları toplamaq üçün torbalar və zəruri olan digər əşyalar ilə təmin edilib.

Tədbirin işıqlandırılması üçün KİV nümayəndələri də iştirak edib.

AzNews.az