Şri-Lankada partlayış - 25 nəfər öldü

21 Aprel 2019 09:58 (UTC+04:00)

Şri-Lankanın paytaxtı Kolombo və Neqombo şəhərindəki 3 kilsədə və 3 hoteldə törədilən partlayışlarda azı 25 nəfər ölüb, 280-dən çox insan yaralanıb.

İlk partlayış yerli vaxtla səhər 8:45-də Kolombo şəhərindəki kilsədə Pasxa bayramı ilə əlaqədar insanların çox olduğu vaxt baş verib.

Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. (AZƏRTAC)