Hindistanda fil beş nəfəri tapdalayaraq öldürdü

21 Aprel 2019 10:35 (UTC+04:00)

Hindistanda fil beş nəfəri tapdalayaraq öldürüb.

Hadisə Orissa ştatında kəndlərin birində baş verib.

Öncə fil evin verandasında yatan üç nəfərə hücum edib. Onlar bir ailənin üzvü olub.

Sonra həmin kənddə daha bir qadın ölüb. Bir saat sonra qonşu kənddən bir nəfərin filin hücumuna məruz qaldığı haqqında məlumat yayılıb. Həmin şəxs də ölüb.

Bildirilir ki, fil daha çox insanın ölümünə səbəb ola bilərdi. (Oxu.az)