Meksikada zavodda yanğın baş verdi

21 Aprel 2019 10:56 (UTC+04:00)

Meksikanın Toluka şəhərində (Mexiko ştatı) tullantıların emalı zavodunda yanğın baş verib.

Yanğın yerli vaxtla şənbə günü 16:00-da başlayıb. Onun söndürülməsində 12 yanğınsöndürmə briqadası iştirak edir. Hələlik yanğını söndürmək mümkün olmayıb.

Xəsarət alan barədə məlumat yoxdur. Yanğının səbəbləri məlum deyil. (Trend)