Şahzadə Harri və arvadını Afrikaya göndərəcəklər

21 Aprel 2019 14:15 (UTC+04:00)

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl ilk övladları dünyaya gəldikdən sonra Afrikaya köçə bilər.

Bu barədə The Sun nəşri məlumat yayıb.

Bildirilir ki, onlar Afrikada 2-3 il yaşayacaqlar və xeyriyyə işləri ilə məşğul olacaqlar.

İş ondadır ki, şahzadə Uilyam kral olmağa hazırlaşdığı üçün Bukingem sarayı kiçik qardaşına xüsusi məşğuliyyət tapmaq istəyir. Gəzən söz-söhbətlərə görə, bununla həm də kral ailəsində münaqişələrə son qoyula bilər. Deyilənlərə görə, Harri ilə Marklın Uilyam və arvadı Keyt Middltonla münasibətləri korlanıb.

Harri və Marklın Afrikaya köçməsi ilə bağlı qərar 2020-ci ildən tez qəbul olunmayacaq. Onların Lesoto, Botsvana, Malavi və ya Cənubi Afrika Respublikasında yaşayacağı gözlənilir.(oxu.az)

AzNews.az