Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTOLAR

21 Aprel 2019 15:38 (UTC+04:00)

Bakıda 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb.

Hadisə paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib.

İt azyaşlının yanaq nahiyəsini parçalayıb. Məlumata görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb.

Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da 1 saylı Klinik xəstəxanaya aparılıb.

H. Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.

Hazırda müalicəsi davam etdirilir.(unikal.org)

AzNews.az