Zelenski səs verdiyi zaman qaydaları pozub? - VİDEO

21 Aprel 2019 16:13 (UTC+04:00)

Ukraynanın prezidentliyə namizədi olan Vladimir Zelenski səhər saatlarında səs verən zaman seçki qaydalarını pozub.

Bu barədə Ukraynanın “5-ci kanal”ı məlumat yayıb.

Məlumata görə, Zelenski kabinetdə səs verdikdən sonra əlindəki bülleteni media nümayəndələrinə nümayiş etdirib.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə görə, doldurulmuş seçki bülletenlərinin fotoşəkilləri və ya nümayiş etdirilməsi seçki sirrinin pozulmasıdır.(qafqazinfo.az)

AzNews.az