Hindistanda ağır yol qəzası - Ölənlər var

21 Aprel 2019 17:05 (UTC+04:00)

"NDTV" telekanalının verdiyi məlumata görə, yol qəzası nəticəsində azı 7 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.

Bildirilir ki, qəza Aqra-Lakxnau avtomobil yolunda Varanasidən Nyu-Deliyə gedən avtobusun ötmə manevri zamanı qarşı zolağa çıxması nəticəsində baş verib.

Məlumata əsasən, ölənlər arasında avtobusun sürücüsü də var, xəsarət alanlar xəstəxanalara çatdırılıb.(trend.az)

AzNews.az