"Mançester Yunayted" "Everton"a böyük hesabla uduzdu

21 Aprel 2019 19:28 (UTC+04:00)

"Mançester Yunayted" futbol üzrə İngiltərə çempionatının 35-ci turunun matçında "Everton"a məğlub olub.

Qarşılaşma "Qudison Park" stadionunda keçirilib.

Matç meydan sahiblərinin - "Everton"un 0:4 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 13-cü dəqiqədə Rişarlison açıb. Bundan 15 dəqiqə sonra Qilfi Siqurdsson (28-ci dəqiqə) "Everton"un 2-ci qolunu vurub. "Mançester Yunayted"in qapısına digər iki qol qarşılaşmanın 56 və 64-cü dəqiqələrdə vurulub. Lyuka Din və Teo Uolkott "Mançester Yunayted"i oyuna mərkəzdən başlamağa məcbur ediblər.

Bununla da "Mançester Yunayted" Ule Qunnar Sulşerin rəhbərliyi altında İngiltərə çempionatında ilk dəfə böyük hesablı məğlubiyyətlə üzləşib. (report)

AzNews.az