Mingəçevir sakini sahibi olduğu marketdə öldü

21 Aprel 2019 20:08 (UTC+04:00)

Mingəçevir sakini sahibi olduğu marketdə ölüb.

Hadisə Heydər Əliyev prospektində yerləşən marketlərdən birində baş verib.

Belə ki, 1952-ci il təvəllüdlü şəhər sakini Arif Fələk oğlu Əliyevin qəfil halı pisləşib, huşunu itirib və marketdə ölüb.

Qəfil ölümün səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (ona.az)

AzNews.az