Şirvanda itdən qaçan yeniyetmə maşın altına düşdü

21 Aprel 2019 20:41 (UTC+04:00)

Şirvanda 15 yaşlı oğlanı avtomobil vurub.

Hadisə saat 20.00 radələrində H.Əliyev prospektində baş verib.

Şirvan sakini, 2004-cü il təvəllüdlü Bayramov İslam Vahid oğlu it hücumuna məruz qalıb.

Bu zaman qəfildən yola qaçan yeniyetməni “Pajero” markalı avtomobil vurub.

Xəsarət alan yeniyetmə sürcü tərəfindən Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

Onun yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. (ona.az)

AzNews.az