İspaniya çempionatı: "Real" "Atletiko"ya qalib gəldi

21 Aprel 2019 21:30 (UTC+04:00)

Madridin "Real" klubu İspaniya çempionatının 33-cü turunun matçında "Atletiko"ya qalib gəlib.

Madridin "Santyaqo Bernabeu" stadionunda keçirilən matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Real"ın hücumçusu Kərim Benzema qarşılaşmada "het-trik" edib.

Qeyd edək ki, madridlilər dörd xalla İspaniya çempionatının yarış cədvəlində paytaxt "Atletiko"sundan geri qalaraq üçüncü yeri tutmaqda davam edirlər. (report)

AzNews.az