Azərbaycan millisinin sabiq futbolçusu döyüldü

21 Aprel 2019 22:29 (UTC+04:00)

Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu döyülüb.

Hadisə Xətai rayonu N.Rəfiyev küçəsində qeydə alınıb.

Belə ki, 2 nəfər naməlum şəxs xuliqanlıq zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Saşa Yunisoğlunu döyüb. Polisə bu barədə zərərçəkən özü şikayət edib. Hadisəni törədən şəxslər axtarılır.

Qeyd edək ki, döyülən şəxs 2007-2011-ci illərdə Azərbaycan yığmasının şərəfini qoruyub. (ona.az)

AzNews.az