Kolumbiyada torpaq sürüşməsi 14 nəfərin həyatına son qoydu

22 Aprel 2019 00:23 (UTC+04:00)

Kolumbiyanın qərbində baş verən torpaq sürüşməsi nəticəsində ən azı 14 nəfər ölüb.

Hadisə bazar günü səhər saatlarında Rosas bələdiyyəsində baş verib. Ölənlər arasında bir azyaşlı var.

Hadisə nəticəsində yaralanan beş nəfər xəstəxanaya çatdırılıb. (trend)

AzNews.az