Şri Lankanın baş nazirindən diqqət çəkən etiraf

22 Aprel 2019 08:32 (UTC+04:00)

Şri Lankanın baş naziri Ranil Vikremesinghe 290 nəfərin ölümünə, 450 nəfərin xəsarət almasına səbəb olan hücumla bağlı paytaxt Kolomboda açıqlama verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin “Sunday Times” qəzeti məlumat yayıb.

Baş nazir ölkəsində edilən hücumlarla bağlı məlumat aldıqları təqdirdə niyə kifayət qədər tədbir görülmədiyini araşdıracağını deyib.

Vikremesinghe digər ölkələrin liderlərinin yardım etmək üçün zəng etdiyini, hadisəni törədən terroristlərin xarici əlaqələrinin aşkarlanmasında bu köməyə ehtiyacları olacağını qeyd edib.

Baş nazir hadisəni törədənlərin Şri Lankalı olduğunu və istintaq müddətində polisin həmin şəxslərlə bağlı məlumat verəcəyini deyib.

Pərvanə Ağazadə

AzNews.az