İşdən çıxarılan aparıcının yerinə o gəldi

22 Aprel 2019 09:24 (UTC+04:00)

Space TV-də yayımlanan "Hər səhər" verilişinə yeni aparıcı dəvət edilib.

AzNews.az xəbər verir ki, bundan sonra proqramın aparıcısı Seyran Babayev olacaq.

O, aparıcı, müğənni və MY Video TV-də musiqi prodüseri kimi fəaliyyət göstərir.

Qeyd edək ki, “Hər səhər” verilişində Rüfət Axundov və Rəşad İlyasovun qeyri-etik ifası aparıcı Anar Vaqifoğlunun işdən çıxarılmasına səbəb olub.

Rəqsanə

AzNews.az