Kemal Kılıçdaroğluna hücum edən şəxsin kimliyi bəlli oldu

22 Aprel 2019 09:56 (UTC+04:00)

Ankara Baş Prokurorluğu CHP sədri Kemal Kılıçdaroğluna edilən hücumla bağlı istintaq başladıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kılıçdaroğluna Çubukun Akkuzulu kəndində edilən hücumla bağlı aparılan istintaq çərçivəsində 6 nəfərin kimliyi məlum olub.

Görüntülərdə yumruq atan şəxsin Akkuzulu kəndində əkinçiliklə məşğul olan Osman Sarıgül olduğu aşkarlanıb.

Şübhəlilərin yaxalanması ilə bağlı işlər davam edir.

Pərvanə Ağazadə

AzNews.az