Kılıçdaroğluna hücumla bağlı cinayət işi açıldı

22 Aprel 2019 10:25 (UTC+04:00)

Aprelin 21-də Ankarada şəhidin dəfn mərasimində CHP lideri Kamal Kılıçdaroğluya qarşı edilmiş hücumla bağlı cinayət işi açılıb.

“Hurriyet”in verdiyi xəbərə görə, bu barədə Ankaranın baş prokuroru Yüksel Kocaman bildirib.

Onun sözlərinə görə, sözügedən hücumun terrorla əlaqəsi olub-olmadığı və ya provakasiya ehtimalı araşdırılır.

Ankara valisi Vasip Şahin isə CHP liderinə qarşı hücumu kəskin şəkildə tənqid edərək Kılıçdaroğlunun təhlükəsizliyinin təmin olunduğunu bildirib.

O, həmçinin qeyd edib ki, insidenti törədən şəxslər barəsində tədbirlər görülüb.(qafqazinfo.az)

AzNews.az