Beşqat Olimpiya çempionu həmcinsi ilə evlənir

22 Aprel 2019 10:29 (UTC+04:00)

Konkisürmə üzrə beşqat Olimpiya çempionu İren Vyust həmcinsi ilə evlənir.

33 yaşlı hollandiyalı komanda yoldaşı Letisiya de Yonqla ailə həyatı qurur.

Bunu xanım idmançı “insteqram” səhifəsində açıqlayıb: “Xoşbəxtlikdən o “hə” dedi. Biz evlənirik”.

Qeyd edək ki, İ. Vyust Olimpiya Oyunlarında 5 qızıl, 5 gümüş və 1 bürünc medal qazanıbsa, onun gələcək həyat yoldaşı komanda yarışlarında dünya çempionu olub.(ona.az)

AzNews.az