Röyanın sevgilisi var

22 Aprel 2019 10:52 (UTC+04:00)

Sənətçinin instaqram paylaşımlarından bəlli olur ki, sevgilisi var.

Röya tez-tez sevgi postları paylaşır, mahnılar oxuyur. Hətta 36 yaşlı ifaçı ötən gün rəsmi səhifəsində “Darıxdığım insan çox uzaqdadır” rəyini yazıb.

Bundan əlavə, ifaçı video paylaşaraq kipriklərinin məhz sevgilisi üçün laminasiya olunduğuna işarə edib: “Bundan sonra səhər yuxudan duranda adamın sevgilisi qorxmaz”.

Qeyd edək ki, sənətçi açıqlamalarında uzun müddətdir ki, sevgilisinin olmadığını açıqlamışdı.(qafqazinfo.az)

AzNews.az