Sıla və Ahmet Kural arasında gərginlik artır

22 Aprel 2019 11:59 (UTC+04:00)

Türkiyəli məşhur müğənni Sıla Gençoğlu və aktyor Ahmet Kuralın məhkəməsinin ikinci hissəsi başlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhkəməyə onlar vəkilləri ilə qatılıb.

Ahmet Kuralın məhkəmə zalında səsini yüksəltdiyi eşidilib. O, Sıla haqqında "Məni bir layihə olaraq gördü, karyeramla oynadı. Ailəmin evinə narkotik maddə istifadə edib gəldi" deyib.

Qeyd edək ki, Sıla 2018-ci ilin moyabr ayında sevgilisi Ahmet Kuralı ona şiddət göstərməsi iddiası ilə məhkəməyə verib.

Nigar CƏFƏR

AzNews.az