“Azərbaycan ərazisindən yük daşımalarının həcmi artır”

22 Aprel 2019 11:35 (UTC+04:00)

Azərbaycan ərazisindən yük daşımalarının həcmi artır.

Bunu bu gün ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft, Kimya” Forumunda bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan ərazisindən nəinki qonşu ölkələr, həmçinin Çin və Yaponiya kimi böyük istehsalçıların məhsulları və yükləri Azərbaycan üzərindən Avropaya daşınır.

O bildirib ki, bu anlamda Xəzər bölkəgisinin önəmi əvəzsizdir: “Ancaq bütün bunlara baxmayaraq, ətraf mühitə təsirlər minimuma endirilməlidir. Elə sistem qurulmalıdır ki, Xəzərin təbiətinə vurulan təsirlər minimuma endirilsin”.

Nazir qeyd edib ki, Azərbaycan təkcə karbohidrogenlərlə zəngin deyil: “Azərbaycanda həmçinin zəngin filiz ehtiyatları da var. Biz bu ehtiyatları da nəzərə almalıyıq”.(report.az)

AzNews.az