Dilarə: Qardaşım dedi ki, gəl, sənin başını kəsim - VİDEO

22 Aprel 2019 12:30 (UTC+04:00)

ARB TV-nin “Söhbət var” verilişində bu dəfə “Hamının etdiyi şeylər” mövzusunda müzakirə aparılıb.

AzNews.az xəbər verir ki, qonaqlarına uşaqlıq xatirələrindən danışan aparıcı Dilarə Əliyeva, uşaq vaxtı anasının qadağan etdiyi rəfə görə başına gələn tragikomik hadisədən danışıb:

“Mənim 4, qardaşımın isə 5 yaşı var idi. Anamın bir kosmetika qabı var idi. O qab bizə hər zaman maraqlı gəlirdi ki, görəsən, içərisində nə var? Anam evdən gedəndə ayağımın altına stolu qoyub şkafı açdım və yuxarıdan o qabı çıxardım. İçində muncuqlar və sürüşkən kağızın içində lezvalar vardı. Lezvanı açdım, parıldayırdı. Qardaşım dedi ki, gəl, sənin başını kəsim, yəni, saçını kəsim mənasında. Mən də uşağam axı, razı oldum. Oturdum lezva ilə başımı kəsdi, qan necə fışqırdı... O vaxt da dəhlizdə qapı olsa da, hamı pərdə də asardı. Qardaşım məni birinci qapının pərdəsinin altında oturtdu, pərdəni isə başıma bükdü. O pərdə qan oldu deyə, o birinə keçdi. Bu anda anam içəri girib məni qanın içində gördü və ürəyi getdi”.

Aynur

AzNews.az