Formula 1 ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçir

22 Aprel 2019 12:59 (UTC+04:00)

Formula 1 üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar aprelin 23-dən 29-dək daxili işlər orqanlarının bütün qurumlarının əməkdaşları gücləndirilmiş iş rejiminə keçəcək.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 26-28 apreldə olacaq.(report.az)

AzNews.az