Məşhur aktrisa ana oldu - əkiz qızları doğuldu

22 Aprel 2019 15:00 (UTC+04:00)

Türkiyəli məşhur aktrisa Pelin Akil şənbə günü ana olub.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əkiz qızları Alin və Linanı şənbə günü dünyaya gətirən aktrisa İnstagramda paylaşım edib.

O doğum şəklini paylaşaraq “Gəldi, cənnət qoxulularım. Sizi qucağıma alanda hiss etdiklərim inanılmazdır. Həkimim və mənimlə əməliyyat boyu danışan, maraqlanan komandasına, gözlərinin içi gülən tibb bacılarına və əlimi bir saniyə belə buraxmayan əkizlərimin atası, həyat yoldaşım, hər şeyim Anıl Altana təşəkkür edirəm” yazıb.

Nigar CƏFƏR

AzNews.az