Fransa əcnəbi tələbələr üçün təhsil haqqını artırdı

22 Aprel 2019 14:50 (UTC+04:00)

Fransa hökuməti əcnəbi tələbələr üçün təhsil haqqını artırıb.

Bununla bağlı ölkənin təhsil naziri müvafiq əmr imzalayıb.

Bu il aprelin 21-dən rəsmi şəkildə qüvvəyə minən qərar əsasən, Avropa İttifaqına daxil olmayan ölkələrdən olan tələbələr növbəti tədris ilindən etibarən Fransa universitetlərində bakalavr pilləsində təhsil almaq üçün 2 770 avro ödəməli olacaqlar. Bu rəqəm əvvəllər 170 avro təşkil edirdi.

Bundan başqa, əcnəbi tələbələr magistratura pilləsində təhsil ala bilmələri üçün 243 deyil, 3 770 avrolarından keçməli olacaqlar. Bu isə Avropa İttifaqına daxil olan ölkələrin tələbələrinin təhsil haqları ilə müqayisədə on dəfə artıqdır.

Eyni zamanda qərarda bir sıra səbəblərdən, o cümlədən şəxsi məsələlərə görə xarici tələbələrin bu məbləği ödəməkdən azad oluna bilmələri üçün bir sıra istisnalar da öz əksini tapıb.

Qeyd edək ki, qərar doktoranturada təhsil alan xarici tələbələrə şamil olunmayacaq və əvvəlki kimi 380 avro olaraq qalacaq.(report.az)

AzNews.az