Müşfiq arvadının qısqanclığından danışdı - VİDEO

22 Aprel 2019 16:14 (UTC+04:00)

Aktyor Müşfiq Şahverdiyev həyat yoldaşının qısqanclığından danışıb.

AzNews.az-ın məlumatına görə, o, "Söhbət var" verilişində bununla bağlı etiraflar edib. Aktyor aparıcı Dilarə Əliyevanın "Ukraynaya gedəndə "WhatsApp"ı silirsənmi?" sualına belə cavab verib:

"Başıma bir-iki dəfə bununla bağlı hadisələr gəlib. Ona görə də mesajları təmizləyirəm. Mesaj gələndə ekranda görünür, onu da yox etməyin yolunu tapmışam. Subaylıqda rahatlığa öyrəşirsən, evlənəndə çətin olur. Bir dəfə mesaj gəlib, yazılmışdı "ürəyim necəsən". Güclə izah etdim ki, dostumdur yazan".

Qeyd edək ki, Aynur adlı xanımla ailəli olan Şahverdiyevin bir övladı var.

Aynur

AzNews.az