İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 17% artıb

22 Aprel 2019 15:43 (UTC+04:00)

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) cəmi aktivləri bu il aprelin 1-nə 1 255,152 mln. manat təşkil edib.

Bu, ötən il aprelin 1-i ilə müqayisədə 17,1% çoxdur.

İKZF-nin aktivlərinin 74,4%-ni və yaxud 933,377 mln. manatını ipoteka kreditləri təşkil edib. Son 1 ildə Fondun kredit portfeli 28,85% böyüyüb.

Hesabat dövründə İKZF-nin cəmi öhdəlikləri 27% artaraq 702,56 mln. manata o cümlədən borc öhdəlikləri 25% artaraq 664,278 mln. manata, Fondun cəmi kapitalı isə 6,5% artaraq 552,593 mln. manata, o cümlədən nizamnamə kapitalı 4,3% artaraq 486 mln. manata çatıb.

Bu ilin I rübündə İKZF-nin faiz gəlirləri 12,855 mln. manat (ötən ilin eyni dövrünə nisbətən 15,6% çox), faiz xərcləri 4,557 mln. manat (12,5% çox), dəyərsizləşmə üzrə zərəri 399 min manat (4,3% az), haqq və komissiya xərcləri 208 min manat (10,05% çox), digər gəlirləri 264 min manat (34,7% çox), insan resursları üzrə xərcləri 936 min manat (44,9% çox), inzibati və digər xərcləri isə 521 min manat (15,8% çox) təşkil edib. Son nəticədə Fond rübü 6,499 mln. manat mənfəətlə başa vurub. Bu, illik müqayisədə 16,85% çoxdur.(report.az)

AzNews.az