Ərdoğandan Kılıçdaroğluna edilən hücumla bağlı açıqlama - "Razılaşa bilmərik"

22 Aprel 2019 15:54 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial mediadan CHP lideri Kemal Kılıçdaroğluna edilən hücumla bağlı açıqlama verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Çubukda bir şəhidin cənazəsində istənilməyən hadisə yaşandığını bildirib:

"CHP sədri Kemal Kılıçdaroğluna qarşı etirazlar şiddətə dönüb. Hadisə bütünlükdə araşdırılır. Şiddətlə qətiyyən razılaşa bilmərik. Şiddətin və terrorun hər növünə qarşıyıq".

Ərdoğan Türkiyənin 4 şəhidinin dünən torpağa tapşırıldığını qeyd edib:

"Allah şəhidlərimizə qəni-qəni rəhmət etsin. Bu vətən onların bizə qoyduğu müqəddəs əmanətdir"

Pərvanə Ağazadə

AzNews.az