"Real Madrid" tanınmış futbolçunu icarəyə verə bilər

22 Aprel 2019 18:48 (UTC+04:00)

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Qaret Beyl mövsümün sonunda icarəyə verilə bilər.

Klub rəhbərliyi 30 yaşlı hücumçunu sata bilməsə, bu varianta əl atacaq.

Madrid təmsilçisi uelsli oyunçunun başqa komandaya keçidinin reallaşmayacağı təqdirdə böyük məbləğdən məhrum olacağını anlayır, lakin Beylin əməkhaqqından xilas olmaq üçün onu icarəyə verməyə hazırdır.

Qeyd edək ki, Qaret Beyl cari mövsüm La Liqada 27 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. (report)

AzNews.az