İran XİN: ABŞ-ın qərarı mənfi nəticələrə gətirib çıxaracaq

22 Aprel 2019 20:24 (UTC+04:00)

İran ABŞ prezidenti İrana qarşı neft sanksiyaları ilə bağlı bəzi ölkələrə tətbiq edilən istisnanın uzadılmayacağına dair Donald Trampın qərarını şərh edib.

Bu barədə İran XİN açıqlama yayıb. “ABŞ-ın İrana qarşı neft sanksiyaları ilə bağlı bəzi ölkələrə tətbiq etdiyi istisnanı uzatmayacağı qərarı mənfi nəticələrə gətirib çıxaracaq”,- deyə İran XİN açıqlayıb.

Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyalarla bağlı bir sıra ölkələrə tətbiq edilən istisnanı maydan uzatmayacağını bəyan edib.

ABŞ-ın İrana qarşı sanksiyalarının müddəti mayın əvvəlində bitir.

AzNews.az