Filippində güclü zəlzələ: 8 nəfər öldü

22 Aprel 2019 20:36 (UTC+04:00)

Fillipinin Luson adasında 6,3 bal gücündə zəlzələ baş verib.

Nəticədə 8 nəfər həyatını itirib, həmçinin evlərə və yollara ziyan dəyib.

Pampanq əyalətində yerləşən Klark beynəlxalq hava limanının konstruksiyalarının bir hissəsi dağılıb.
Zəlzələnin episentri 40 km dərinlikdə yerləşir.

Yeraltı təkanlar paytaxt Manilada da hiss edilib.

AzNews.az