Prezident təbrik məktubu ünvanladı
29 Aprel 2013 19:03 (UTC+04:00)
"Ölkənizin milli bayramı - Kraliça günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Azərbaycan-Niderland münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasında münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edərək xalqlarımızın rifahına xidmət edəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev Beatriksə möhkəm cansağlığı, xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.
AzNews.az