Bazar ertəsi səhər ABŞ-ın Texas ştatında ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər həyatını itirib.
Bu barədə Federal Aviasiya Administrasiyası məlumat yayıb.
Bildirilir ki, qəza "Beechcraft BE58" tipli təyyarə Kerrvill bələdiyyə aeroportuna eniş etməyə hazırlaşarkən baş verib.
Təyyarənin qalıqları hava limanından 8 min şimal-qərbdə tapılıb. Uçuş aparatı Qərbi Hyuston aeroportundan havaya qalxıb.
AzNews.az