Neftçalada orta məktəbə Milli Qəhrəman Samid İmanovun adı verildi

23 Aprel 2019 08:59 (UTC+04:00)

Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilib.

Müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Neftçala Rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmələri tapşırılır.

AzNews.az