Meksikada güclü zəlzələ

23 Aprel 2019 09:22 (UTC+04:00)

Bazar ertəsi Meksikanın cənubunda 5,4 maqnituda gücündə zəlzələ olub.

TASS xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, zəlzələnin episentri Puebla-de-Saraqosa şəhərindən 283 km məsafədə olub.

Yeraltı təkanlar 18 km. dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.(report.az)

AzNews.az