Ev sahibi diri-diri yandı - Bakıda yanğın

23 Aprel 2019 09:59 (UTC+04:00)

Bakı şəhərində yanğın hadisəsi baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Xəzər rayonunda 3 otaqlı ev yanıb. Yanğın zamanı 1961-ci il təvəllüdlü Məmmədov Qurban Məmmədtağı oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzNews.az