Nigeriyada polis maşınla insanları vurdu - Ölənlər var

23 Aprel 2019 09:39 (UTC+04:00)

Nigeriyanın Qombe ştatında polis əməkdaşının maşını Pasxa münasibəti ilə bayram yürüşü edən kütlənin üzərinə sürməsi nəticəsində azı 8 nəfər ölüb.

TASS xəbər verir ki, bu barədə yerli polisə istinadən "Franc-Press" məlumat yayıb.

Bildirilir ki, daha 30 nəfər yaralanıb. Zərərçəkənlərin əksəriyyəti yeniyetmələrdir.

Polis hadisənin qəsdən törədildiyini güman edir. Çünki bu, polisin yürüş iştirakçıları ilə mübahisəsindən sonra baş verib.(report.az)

AzNews.az